Milly
Çoxməkanlı restoran sifariş platforması. IT SkillSprint-in final Capstone layihəsində Web Development & AI üzrə ümumi qalib.
- İl
- 2026
- Texnologiyalar
- Java 21, Spring Boot 4, PostgreSQL, Flyway, WebSocket (STOMP), OAuth2
- Rol
- Web Developer
- Komanda
- 5 nəfərlik komanda
- Mükafat
- Ümumi qalib, IT SkillSprint final Capstone (Web Development & AI)
Problem
Milly restoranlarda sifarişlərin qəbulunu, idarə edilməsini və müştəri–personal arasındakı əlaqəni rəqəmsallaşdıraraq xidmət prosesini sürətləndirir və əməliyyatları vahid platformada birləşdirir.
Nə etdim
Məkan qeydiyyatı/üzvlük modulunu və menyu CRUD API-lərini clean architecture prinsipləri ilə qurdum. Məkan səviyyəsində rol əsaslı icazələndirməni (Menecer / Ofisiant) tətbiq etdim və unit, inteqrasiya testləri ilə əhatə etdim. Komanda daxilində tapşırıqlar Jira-da planlaşdırılıb izlənildi.
Həlledici qərar
REST API ilə yanaşı STOMP over WebSocket istifadə edərək sifarişlərin status dəyişikliklərini restoran personalına real vaxtda çatdırmaq.
Nəticə
IT SkillSprint-in final Capstone layihəsində Web Development & AI üzrə ümumi qalib.

