İlkin İsmayılov
EN
Bütün işlər

AbadLand Qarabağ

İnvestisiya portalı. Sahə xəritəsi və rəqəmsal pasportlar, peyk və iqlim məlumatına əsaslanan AI torpaq analizi, 3D relyef görünüşü, onlayn müraciət.

Problem

Qarabağda kənd təsərrüfatına investisiya etmək istəyən şəxslərin torpaq sahələrini tapmaq, investisiya potensialını qiymətləndirmək və müraciət proseslərini idarə etməkdə qarşılaşdıqları çətinlikləri vahid rəqəmsal platforma ilə həll edir.

Nə etdim

Qarabağ Hakatonu 2026-da (Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi; 14 universitet, 55 tələbə) 44 saatda investisiya portalı AbadLand Qarabağ-ı hazırladıq: sahə xəritəsi və rəqəmsal pasportlar, peyk və iqlim məlumatına əsaslanan AI torpaq analizi, 3D relyef görünüşü, onlayn müraciət. Mənim payım: layihənin bütün veb hissəsini təkbaşına hazırlamışam. İnvestor və idarəetmə panellərini, interaktiv xəritələri, torpaq sahələrinin müqayisəsini, 3D vizuallaşdırmanı və müraciətlərin izlənilməsi üçün istifadəçi interfeyslərini qurmuşam.

Həlledici qərar

Ayrı frontend tətbiqi yaratmaq əvəzinə Spring Boot və Thymeleaf əsaslı server-side rendering arxitekturasını seçərək veb interfeyslərin backend ilə inteqrasiyasını sadələşdirmək və MVP-nin hazırlanmasını sürətləndirmək.

Nəticə

Qarabağ Hakatonu 2026 qalibi.

Layihə haqqında
↑ ↓ hərəkətEnter açEsc bağla